• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ronaldu yeni rekorda imza atıb

İDMAN

24 Noyabr 2022 | 21:57 | Müəllif: Subhan Mahmudov

Ronaldu yeni rekorda imza atıb

Hücumçu Kriştianu Ronaldu 2022-ci il dünya çempionatında çıxış edərək Avropa rekorduna imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, forvard Qana ilə matçda meydana çıxaraq onuncu böyük beynəlxalq turnirdə Portuqaliya yığmasında çıxış edib. İndiyədək heç bir avropalı bunu edə bilməyib.

Daha əvvəl Ronaldu Avro 2004, DÇ 2006, Avro 2008, DÇ 2010, Avro 2012, DÇ 2014, Avro 2016, DÇ 2018 və Avro 2020-yə qatılıb.

Həmçinin, Ronaldu 5-ci dünya çempionatında oynamaqla mövcud rekordu təkrarlayıb. 37 yaşlı futbolçu beş turnirdə iştirak edən altıncı oyunçu olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026