• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Millinin futbolçusu klubunu dəyişdi

İDMAN

27 Oktyabr 2022 | 09:09

Millinin futbolçusu klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, 20 yaşlı hücumçu "İstanbulspor"dan ayrılaraq "Çorum" komandasına keçib.

Forvardla 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.

Qeyd edək ki, Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. Oyunçu ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026