Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyunu başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Seneqalın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
***19:01
Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab növbəti dəfə dəyişib.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşmanın 82-ci dəqiqəsində Dienq Seneqalın üstünlüyünü yenidən iki topa çatdırıb - 3:1.
***18:45
Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab növbəti dəfə dəyişib.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşmanın 78-ci dəqiqəsində Qətərin oyunçusu Muntari hesab arasındakı fərqi azaldıb - 1:2.
***18:14
Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab dəyişib.
Bakıvaxtı.az-ın məlumatına görə, 48-ci dəqiqədə Famara Didu 2-ci qolu Qətər yığmasının qapısından keçirib - 2:0.
***18:08
Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıdan sonra Afrika təmsilçisi hesabda öndədir - 1:0. Yeganə qolu 41-ci dəqiqədə Bulaye Dia vurub.
***17:58
Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyununda birinci hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Afrika təmsilçisi fasiləyə öndə yolanıb - 1:0.
Yeganə qolu 41-ci dəqiqədə Bulaye Dia vurub.
17:48
Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyununda hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, Afrika komandasının heyətində 41-ci dəqiqədə Bulaye Dia fərqlənib.
17:02
Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Qətər və Seneqal yığmalarının start heyətləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq.
Qətər: 22. Meşal Barşam, 2. Pedro Migel, 17. Mohammed İsmael, 16. Bualem Xuki, 3.Hassan Abdelkerim, 14. Homam Ahmed, 10. Hasan Al Haydos, 12. Karim Budiaf, 23. Assim Madibo, 19. Almoez Ali, 11. Akrem Afif
Seneqal: 16. Eduard Mendi, 22. Abdu Diallo, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali, 21. Yusuf Sabali, 6. Nampalis Mendi, 5. Queye İdrissa, 18. İsmaila Sarr, 19. Famara Didu, 15. Krepin Diatta, 9. Bulaye Dia
















