• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"a qarşı oynamaya bilər

İDMAN

27 Sentyabr 2022 | 12:53

Olimpiakosun daha bir futbolçusu Qarabağa qarşı oynamaya bilər

"Olimpiakos" komandasının qapıçısı Tomaş Vatslik Yunanıstanda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyə bilər.

Bakıvaxtı.az "Sdna.gr" saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales Çexiya millisində də çıxış edən 33 yaşlı qolkiperin oyunundan razı deyil.

59 yaşlı mütəxəssis bu səbəbdən qarşıdakı bir neçə görüşdə 20 yaşlı Kostas Tsolakisə şans verməyi planlaşdırır.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


SON XƏBƏRLƏR

25 Aprel 2024