• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yığmamız seçmə mərhələni xalsız başa vurdu

İDMAN

27 Sentyabr 2022 | 20:58 | Müəllif: Subhan Mahmudov

Yığmamız seçmə mərhələni xalsız başa vurdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu kollektiv 2-ci qrupdadakı sonuncu oyununda Lüksemburq yığması ilə qarşılaşıb.

Bolqarıstanın Albena şəhərindəki eyniadlı arenada oynanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 7-ci dəqiqədə penaltidən Leon Elşan vurub.

Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib.

Qrupun digər matçında Türkiyə yığması səfərdə Bolqarıstanla heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra 5 xalı olan "ay-ulduzlular" qrup lideri, eyni xala malik Lüksemburq isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026