• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Sumqayıt"ın sabiq baş məşqçisi millini çalışdıra bilər

İDMAN

28 Sentyabr 2022 | 09:57

Sumqayıtın sabiq baş məşqçisi millini çalışdıra bilər

"Sumqayıt" komandasının sabiq baş məşqçisi Aleksey Baqa Belarus yığmasına rəhbərlik edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, iddianı yerli “Pressball” qəzeti irəli sürüb.

41 yaşlı mütəxəssisin bu posta namizəd olduğu bildirilib. Baqadan başqa digər namizəd "Minsk"in baş məşqçisi Vadim Skripçenkodur.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında "Sumqayıt"ın baş məşqçisi təyin olunmuşdu. Klub sentyabrın 21-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Belarus yığması UEFA Millətlər Liqasında Azərbaycan seçməsi ilə eyni qrupda mübarizə aparıb. Komanda qrupu 3 xalla sonuncu pillədə başa vuraraq D Liqasına düşüb. /Report


SON XƏBƏRLƏR

28 Mart 2024