"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşıb. "Bojuar" stadionundakı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə "Nant" qələbə topunu vurub. İkinci hissədə meydana daxil olan İqnatius Qanaqo fərqlənib.
Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb.
E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.
***
00:16
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab bərabərləşib.
Bakıvaxtı.az xəbər verir ki, 56-cı dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç penaltidən fərqlənib.
***
27 oktyabr, 23:50
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.
Yeganə qolu 16-cı dəqiqədə Lüdovik Blas vurub.
***
23:23
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib.
***23:06
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
















