• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib - YENİLƏNİB

İDMAN

26 Noyabr 2022 | 22:00 | Müəllif: Subhan Mahmudov

DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçı başa çatıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib. 

Bununla belə, oyunun 86-cı dəqiqəsində Mbappe yenidən səhnəyə çıxıb. Qrizmanın ötürməsindən sonra dəqiq oynayan hücumçu komandasının qələbə qolunu vurub. 

Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər. 

***21:48

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşmanın 86-cı dəqiqəsində Kilian Mbappe özünün və Fransanın ikinci qoluna imza atıb. 

***21:29

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşmanın 68-ci dəqiqəsində Andreas Kristensen Danimarkanın cavab qoluna imza atıb.

***21:23

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab açılıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşmanın 61-ci dəqiqəsində Kilian Mbappe Fransanı önə çıxaran qola imza atıb. 

***20:50

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunda Fransa - Danimarka matçında ilk hissə başa çatıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb.

***20:01

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda Fransa - Danimarka matçı başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, polşalı hakim Şimon Marçinyakın idarə etdiyi oyun saat 20:00-da start götürüb. 

***19:33

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026