DÇ-2022-nin qrup mərhələsində II tur davam edir.
Bakıvaxtı.az-ın məlumatına görə, mundialın 7-ci oyun günü D qrupunun matçı ilə başlayıb.
Tunis millisi Avstraliya ilə görüşüb. Qətərdə qələbə qazanmayan yığmaların duelinin taleyini bir qol həll edib. İlk yarıda vurduğu yeganə top sayəsində rəqibini məğlub edən Avstraliya turnirdə ilk xallarını qazanıb.
Qeyd edək ki, son turda Avstraliya Danimarka ilə, Tunis isə Fransa ilə qarşılaşacaq.
DÇ-2022, qrup mərhələsi
26 noyabr, II tur
D qrupu
14:00. Tunis - Avstraliya - 0:1
Qol: Mitçell Dyuk, 23
***
15:10
Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları arasında D qrupunun II tur oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hələlik avstraliyalılar hesabda öndədir - 1:0. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.
14:55
Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, avstrliyalılar fasiləyə minimal hesablı üstünlüklə yollanıblar.
Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.
14:31
Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyununda hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, 23-cü dəqiqədə fərqlənən Mitçell Dyuk avstraliyalıları önə keçirib.
14:02
Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyunu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun II turunda üz-üzə gələcək Tunis və Avstraliya yığmalarının start heyətləri bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.
Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), 9. İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti
Avstraliya: Metyu Rayan (K), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç