• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

İDMAN

26 Noyabr 2022 | 14:34

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 2-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışda 400-ə yaxın cüdoçu 56 medal və çempionluq titulu uğrunda mübarizə aparacaq. Fərdi yarışlar 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq.

Yarış hər gün saat 10:00-da başlayacaq, final görüşləri isə saat 16:30-da keçiriləcək. Çempionatı canlı olaraq judo.az saytından izləmək mümkün olacaq.

Qeyd edək ki, dekabrın 3-də yarışın açılış mərasimi keçiriləcək Tədbir 16:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026