• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdo millimiz gümüş medal qazandı

İDMAN

28 Avqust 2022 | 20:37 | Müəllif: Subhan Mahmudov

Cüdo millimiz gümüş medal qazandı

Cüdo üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, həlledici qarşılaşmada Fransa yığmasına məğlub olan kollektiv gümüş medalla kifayətlənib.

Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyindən kollektiv fransızlara qarşı 5 cüdoçu ilə mübarizə aparıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026