• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

5 qat olimpiya çempionu ölkəni tərk etdi

İDMAN

27 Sentyabr 2022 | 11:31

5 qat olimpiya çempionu ölkəni tərk etdi

Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat olimpiya çempionu Anastasiya Davidova ölkəni tərk edib.

Bakıvaxtı.az  "Match TV"yə istinadən xəbər verir ki, 39 yaşlı sabiq idmançı vətəninə qayıtmaq barədə düşünmür.

Sinxron üzgüçülük üzrə Rusiya millisinin baş məşqçisi Tatyana Pokrovskaya məsələdən xəbərdar olduğunu bildirib: "Bu, mənim üçün sürprizdir. Bu barədə şərh verə bilmərəm".

Qeyd edək ki, Anastasiya Davidova 2004 və 2008-ci ildəki Yay Olimpiya Oyunlarında iki, 2012-ci ildəki olimpiadada isə bir qızıl medal qazanıb. O, həm də 13 qat dünya və 7 qat Avropa çempionudur.


SON XƏBƏRLƏR

26 Aprel 2024