• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub

CƏMİYYƏT

11 Oktyabr 2026 | 20:45 | Müəllif: Əli Hüseynov

"Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub

Misli Premyer Liqasında VII turun son oyununda "Turan Tovuz" səfərdə "Şəfa" ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolu 45+2-ci dəqiqədə Dioqo Balau vurub.

"Turan Tovuz" 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onbirincidir.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1), "Qarabağ" "İmişli"ni (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026