Səudiyyə Ərəbistanının Ər-Riyad Beynəlxalq Hava Limanı oktyabrın 11-də günün sonunadək gediş və gəliş reysləri üçün bağlı olacaq.
Bakıvaxtı.az xəbər verir ki, TASS-a hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib ki, hava limanının fəaliyyəti təhlükəsizlik tədbirləri ilə əlaqədar dayandırılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi hava limanına hücum edildiyini və nəticədə bir neçə nəfərin xəsarət aldığını təsdiqləyib.
Ərazidə zərərin qiymətləndirilməsi və təhlükəsizlik yoxlamaları aparılır.
















