• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Rəcəbovdan 2-ci qələbə

İDMAN

01 Iyul 2022 | 22:06 | Müəllif: Subhan Mahmudov

Rəcəbovdan 2-ci qələbə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 12-ci turda qara fiqurlarla Dinq Lirenə (Çin) 26-cı gedişdə qalib gəlib. Bu, onun turnirdə 2-ci qələbəsi olub. Hazırda 6 xalı olan təmsilçimiz turnirin qalibi olma şanslarını itirib.

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026