• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

İngiltərədə Superkubokun qalibi müəyyənləşdi

İDMAN

30 Iyul 2022 | 22:28

İngiltərədə Superkubokun qalibi müəyyənləşdi

"Liverpul" 16-cı dəfə İngiltərə Superkubokunun sahibi olub.

Bakıvaxtı.az xəbər verir ki, Mersisayd təmsilçisi Lester şəhərində son İngiltərə çempionu "Mançester Siti"ni 3:1 məğlub edərək bu titula yiyələnib.

Qolları "Liverpul"dan Trent Aleksander-Arnold (21-ci dəqiqə), Məhəmməd Salah (83-cü dəqiqə, penalti) və Darvin Nunyes (90+4-cü dəqiqə), "Siti"dən isə Xulian Alvares (70-ci dəqiqə) vurub.

Xatırladaq ki, ötən il də "Mançester Siti" Superkubok matçında "Lester Siti"yə 0:1 uduzaraq bu titula sahib çıxa bilməmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026