• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cüdoçularımız qızıl medal qazandı

İDMAN

30 Iyul 2022 | 21:12

Cüdoçularımız qızıl medal qazandı

XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdo idman növü üzrə qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, qarışıq komanda yarışında qızlar -52 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, kişilər isə -66 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində mübarizə aparıblar. Komandamızın heyətində 4 qız və 6 oğlan cüdoçu yer alıb.

Qızlar arasında -52 kq. çəkidə Könül Əliyeva və Aydan Vəliyeva, -63 kq. çəkidə Fidan Əlizadə, +63 kq. çəkidə Nigar Süleymanova, oğlanlar arasında isə -66 kq. çəkidə Nurlan Kərimli və Eltac Yusifli, -81 kq. çəkidə Qadir Hüseynov və İsmayıl Zamanov, +81 kq. çəkidə Əjdər Bağırov və Kənan Nəsibov güclərini sınayıb.

Azərbaycan yığma komandası yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Cüdoçularımız finalda Ukrayna millisini 4:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbə qazanıb.

Qeyd edək ki, komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026