"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Napoli"yə keçməyə razılıq verib.
Bakıvaxtı.az-ın məlumatına görə, "La Gazzetta dello Sport”da yer alan xəıbərdə bildirilir ki, portuqaliyalı hücumçunun transferi ilə bağlı müqavilə yaxın vaxtlarda tamamlana bilər.
Məlumatda "Napoli"nin Ronaldonu icarəyə götürəcəyi, "Mançester Yunayted"in isə portuqaliyalı hücumçunun maaşını tam ödəyəcəyi vurğulanır.
Bundan başqa, "Napoli"nin hücumçu Viktor Osimhen İngiltərə klubuna transfer olunacağı iddia olunur. Məluamat görə, "Mançester Yunayted" onun üçün 100 milyon avro ödəyəcək.















