• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qılıncoynatma üzrə ölkə çempionatına start verildi

İDMAN

02 Iyun 2022 | 21:35 | Müəllif: Subhan Mahmudov

Qılıncoynatma üzrə ölkə çempionatına start verildi

Qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, yarışın açılış mərasimindən sonra sablya növü üzrə qaliblər müəyyənləşib.

Kişilərin mübarizəsində Murad Əkbərov qızıl, Maqsud Hüseynli gümüş, Nahid Məmmədli və Saleh Məmmədov bürünc medal qazanıblar.

Qadınların yarışında Valeriya Bolşakova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevik Bünyatova gümüş, Anna Başta və Palina Kaspiaroviç bürünc medala sahib çıxıblar.

Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunub.

Diplom və medalları mükafatçılara Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, vitse-prezidentlər Fərhad Kasimov və Fikrət Zeynalov, federasiya prezidentinin məsləhətçisi Yaşar Məmmədov təqdim edib.

Qılıncoynatma üzrə Azərbaycan çempionatına sabah yekun vurulacaq. Son yarış günündə şpaqa növü üzrə kişi və qadınlar arasında qaliblər müəyyənləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026