Çempionlar Liqasında yarımfinal mərhələsinin "Real" - "Mançester Siti" cavab oyununun hakimləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, görüşü Deniele Orsatonun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.
Alessandro Jallatini və Çiro Karbone yan xətt hakimləri olacaq. Davide Massa 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, mayın 4-də keçiriləcək "Real" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında ilk matçda ingilislər 4:3 hesablı qələbə qazanıb.
















