• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dağıntılar altında qalan azərbaycanlı tələbələrin axtarışı davam edir

CƏMİYYƏT

10 Fevral 2023 | 00:03 | Müəllif: Qalib İbrahimoğlu

Dağıntılar altında qalan azərbaycanlı tələbələrin axtarışı davam edir

"Türkiyədə azərbaycanlı tələbələrdən birinin meyitinin dağıntılar altından çıxarılması barədə yayılan xəbərlər yanlışdır".

Bunu Bakıvaxtı.az-a Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal Nigar Ögeday deyib.

Onun sözlərinə görə, Azərbaycan mətbuatı dağıntılar altında qalan tələbələrdən birinin - Şahin Verdiyevin guya meyitinin tapılması barədə məlumat yayıb: "Məlumatlar həmin tələbənin müəllimi Hülya Berktaş Bingölün sosial şəbəkədəki paylaşımına istinadən verilib. Bununla bağlı adıçəkilən müəllimlə əlaqə saxlanılıb və o, yanlış paylaşım etdiyini etiraf edib".

N.Ögeday onu da bildirib ki, tələbələrin yaşadıqları binanın dağıntıları altında qalanların axtarış-xilasetmə işləri davam edir:

"Həmin binanın dağıntıları altında qalanların axtarış-xilasetmə işləri koreyalılar tərəfindən həyata keçirilir. O ərazidə bir nəfərin dağıntılar altından sağ çıxarılması bizim tələbələrin də sağ-salamat olmasına ümidimizi bir qədər də artırıb".

Qeyd edək ki, bu gün Malatya İnönü Universitetinin müəllimi Hülya Berktaş Bingöl tələbəsi Şahin Verdiyevin meyitinin dağıntılar altından çıxarılması ilə bağlı payıaşım edib. Bir müddət sonra isə o, həmin payıaşımları silib.

Qeyd edək ki, Malatya İnönü Universitetinin bədən tərbiyəsi fakültəsinin fakültəsinin sonuncu kurs tələbəsi Şahin Verdiyev, həmin universitetin magistr pilləsində təhsil alan Gündüz Nəzərzadə, universitetin məzunu (diplomunu almaq üçün Malatyaya gedib) Hümam İsmayıllı, psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Samir Quliyev zəlzələdə dağıntılar altında qalıblar.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026