• Bakı 12° C

    6.72 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Daha 30 ukraynalı uşaq Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

CƏMİYYƏT

12 Oktyabr 2024 | 13:01

Daha 30 ukraynalı uşaq Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

Ukraynadakı müharibədən zərər çəkən və reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən daha 30 ukraynalı uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

    Bildirilib ki, ilk mərhələdə müayinədən keçirilən hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib.

    Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunub.

    10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün milli rəqslər, stolüstü oyunlar, futbol, badminton yarışları, Şəki və Qəbələ şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.


    SON XƏBƏRLƏR

    11 Noyabr 2024