• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

"Dayısı gətirib ki, onu müğənni et" - Əməkdar artist

MƏDƏNİYYƏT-ŞOU

10 Iyun 2023 | 15:34

Dayısı gətirib ki, onu müğənni et - Əməkdar artist

"Dayısı əlindən tutub yanıma gətirir ki, müğənni et. Baxırsan ki, onu müğənni etmək üçün fil həkimi olmalısan. Nə səsi, nə diapazonu var. Acınacaqlısı odur ki, belə musiqiçilər də var. Harada, necə təhsil alıblar bilmirsən. İnsanda xüsusi istedad olmalıdır. Sənət göz qabağındadır, onu gizlətmək olmaz. Nə qədər kompüterlə oxuyacaqsan?".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Həmin Zaur" verilişində deyib. Müğənni bir çoxlarının ifasından gileylənib. O bildirib ki, istedadı olmayan ifaçılıqla məşğuldur:

"Sənətə adi və təsadüfi adamlar gəlib. Sənəti də adiləşdiriblər. Onun da yanında sənət və sənətkarlar, sənətə xidmət edənlər də adiləşməyə başlayıb".


SON XƏBƏRLƏR

18 Mart 2024