• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Atatürk"ün hər bölümü üçün bu qədər qonorar alıb

MƏDƏNİYYƏT

09 Iyul 2023 | 16:59 | Müəllif: Subhan Mahmudov

"Atatürk"ün hər bölümü üçün bu qədər qonorar alıb

Xəbər verdiyimiz kimi, "Disney +" Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən "Atatürk" serialını təqdim etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, ekran işinin baş rolunu ifa edən aktyor Aras Bulut İynəmlinin hər bölüm üçün 850 min lirə (təxminən 55 min 455 manat) aldığı ortaya çıxıb. Ümumilkdə layihə yayım şirkətinə 8 milyon dollara (13 milyon 600 min 422 manat) başa gəlib

Qeyd edək ki, serial oktyabrın 29-da yayımlanacaq. 6 bölümdən ibarət ekran işində Songül Ödən, Mehmet Günsür, Bərk Cankat, Bertan Asllani, Sahra Saş və məşhur ingilis aktrisa Emma Uatson rol alır. 

Bir müddət əvvəl Amerika Milli Erməni Komitəsi serialın yayımlanmasına etiraz etsə də, bu, nəticə verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026