• Bakı 23° C

    13.98 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

"Ləyənə təpik vurdum..." - Elgizi kim əsəbləşdirdi?

MƏDƏNİYYƏT

08 Avqust 2023 | 10:11

Ləyənə təpik vurdum... - Elgizi kim əsəbləşdirdi?

Aparıcı Elgiz Əkbər aktrisa Fatma Mahmudovadan küsüb.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində söz açıb.

"Günlərin birində mənə dedi ki, Elgiz, xınayaxtı şirkəti açmışam. Bir dekorasiyalar var ki... Nə zaman lazım olsa, mənə de. Hələ Novruz bayramına da bir ay var idi. 3 gün sonra zəng elədi ki, heç kəsə demə ha dekorasiyanı mən gətirəcəm. Dedim, yaxşı. 10 gün sonra yenə bir məclisdə rastlaşdıq. Yenə deyəndə dedim ora yazdırmışam ki, dekor-Fatma xanım. Yəni narahat olma. Nə isə indi veriliş başlamağına 5 dəqiqə qalıb. Baxdım ki, studiyanın ortasında bir dənə aftafa, bir dənə də balaca ləyən. Qaldım belə ki, bu nədi ay Fatma xanım. Dedi ki, dekor. Şoka düşdüm",-deyə aparıcı bildirib.

Elgiz Əkbərin sözlərinə görə, Fatma Mahmudova əsas dekoru başqa aparıcıya veribmış: "Bəlkə də keçərdim ki, eybi yoxdur. Ancaq mənə elə bir şey dedi ki, özümə gələ bilmədim. Dedi filan aparıcı filan kanaldan zəng eləmişdi. Ona göndərdim. Başıma elə bil qaynar su tökdülər. Ləyənə bir təpik vurdum, qorxub qaçışdılar ki, "az qaçın, bunun başı döndü".

Qeyd edək ki, sözügedən hadisədən sonra aktrisa ilə aparıcı 4 il küsülü qalıb.

Xəyalə Rza


SON XƏBƏRLƏR

03 Iyul 2025