Dünyaca məşhur müğənni Beyons atdığı addımla gündəmə gəlib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Beyons metroya 100 min dollar ödəniş edib. Verilən məlumata görə, müğənninin ötən axşam Vaşinqtonda konserti pis hava şəraiti səbəbindən təxminən iki saat gec başlayıb.
Pərəstişkarları şəhər metrosunun saat 00.00-da xətləri bağlayacağından narahat olduqlarını bildirdikdə, Beyons sözügedən jesti edib.
Sevənlərinin sağ-salamat evə qayıtması və metronun bir saat daha açıq qalması üçün 100 min dollar ödəyib.
Qeyd edək ki, müğənninin bu addımından sonra 98 stansiyanın hamısı açıq saxlanılıb.
Xəyalə Rza
















