• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Küçə süpürüb, o pulu ödəyəcək" - Xoşqədəm 

MƏDƏNİYYƏT

06 Sentyabr 2023 | 13:51

"Küçə süpürüb, o pulu ödəyəcək" - Xoşqədəm

"Məni kişi düşməni kimi qəbul etməyin. Kişi-qadın ayrıseçkiliyi etmirəm. Amma qadınların yanındayam: bütün səhvlərin, günahların, pis yola düşən, evdən qaçan, uşağını atan qadınların".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib. Qadınlardan danışan aparıcı onlara səslənib. Hidayətqızı bildirib ki, xanımlar ayrıldıqları həyat yoldaşından mütləq aliment tələb etməlidirlər:

"Əgər kişi yanında yaxşı olarsa, qadın bunları etməz. Qadın hüzurlu, xoşbəxt yaşamaq istəyir. Bunlar varsa, qadın onları edərmi? Bunu qadınlara edən də kişilərdir. Bəzi kişilərin ən çox qorxduğu puldur. Ayrıldı, əla, yolun açıq olsun. Amma uşağına pulunu ödəyəcəksən. Zəhmət çəkib gecə-gündüz küçə süpürüb, daş daşıyıb övladına baxacaqsan. Qadınlar, "aliment almıram" deyib, qürur etməyin. 1 manat da olsa, kişidən alın. Sabah eyni əzabı başqa qadına yaşatmasınlar". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026