• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Şeytan haqlı çıxdı...” - Nura Suri

MƏDƏNİYYƏT

06 Oktyabr 2023 | 12:36

"Şeytan haqlı çıxdı...” - Nura Suri

Müğənni Nura Suri sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Bakıvaxtı.azxəbər verir ki, müğənni instaqram hesabında texnologiyaların inkişafından və insanların həyatına təsirindən söz açıb.

Onun sözlərinə görə, azad düşüncə belə mövcudluğunu itirib. Hər kəs tam kontrol altındadır. Hər yer kamera, əlimizdəki telefonlar gündə neçə addım atdığımızdan tutmuş, kiminlə harda olduğumuza kimi bilir və sistemə ötürür: "Sosial şəbəkələrdə səhifələri qarşımıza çıxararaq beynimizdə fikir formalaşdırmaq 2x2 kimi asandır. Bizi özümüzdən daha yaxşı tanıyır bu sistem. İnsanlar bir-birinə etibarını itirib. Çünki danışanda səsimizin kimsə tərəfindən yazılıb yazılmadığına belə əmin deyilik. Əvvəllər insanlara nəyi etmək olar, olmaz deyilirdi (din, qanun və s.). İndi nə dinə, nə qanuna ehtiyac belə qalmayıb bizi idarə etmək üçün".

N.Suri qeyd edib ki, nağd pul da aktuallığın itirdiyinə görə kim nə qədər qazanır, nə qədər və hara xərcləyir, artıq məlumdur. Hamının zəif yeri, səhvi, sirri, hər şeyi məlumdur. Gizli heç nə qalmayıb.

“Tam sistemə tabeyik. Bütün dünya belədir və daha betəri olacaq. Robotlar, kuklalar kimi yaşayırıq, insan kimi yox. Çünki insan həm bu dünyanı, həm də insanlığı məhv etməyi bacardı ancaq. Heyvanlara, təbiətə, insanlara verdiyi əziyyətin bəhrəsidir bu. Deyəsən, şeytan haqlı çıxdı",-deyə o qeyd edib.

Xəyalə Rza


"Şeytan haqlı çıxdı...” - Nura Suri
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR