Aktyor Əmrə Altuğ keçmiş həyat yoldaşı Çağla Şikelin yeni münasibəti ilə bağlı düşüncələrini etiraf edib.
Bakıvaxtı.az xəbər verir ki, Əmrə bu barədə jurnalistlərə açıqlama verib.
"Təbii ki, Çağlanın həyatına qarışacaq qədər hədsizlik etmərəm. İkimiz də çox yaşlı və kifayət qədər böyük adamlarıq. Həyatımızla bağlı qərarlarımızı özümüz verəcəyik. Mən belə bir ədəbsizlik etmərəm, mənim nə həddimədir ki, qarışam",-deyə bildirib.
Qeyd edək ki, Çağla və Əmrənin 2 oğlu var. Cütlük ayrılmaqlarına baxmayaraq, övladları üçün bir araya gəlirlər. Çağla Şikel isə vəkil Nail Gönənli ilə eşq yaşayır.
Xəyalə Rza


jpeg-1696575997.jpeg)















