Müğənni Yusuf Güney Türkiyəni tərk edərək İngiltərəyə köçür.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə özü açıqlama verib.
Yusuf Güney ölkədən getməsinə səbəb ev sahibinin kirayə qiymətini qaldırmasını göstərib.
"Qaldığım kirayə evdə məndən əvvəl yaşayan 6 min lirə verirdi. Mən ilk gələndə 14 min lirə verdim. Artıq 1 ildir orada yaşayıram və bu müddət ərzində qiyməti qaldırıb. Ayda 20 min lirə ödəyirdim. İndi də deyir ki, mənim evimin qiyməti 50 min lirədir. Mənə deyir vermirsənsə çıx get ",-deyə bildirib.
Müğənni artıq qərar verdiyini, İngiltərəyə qayıtdığını deyib: “Birdəfəlik gedirəm. Konsertlər üçün arada qayıdacağam, sonra təkrar evimə gedəcəm".
Xəyalə Rza


















