• Bakı 9° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Elgiz hər kəsi göz yaşına boğdu

MƏDƏNİYYƏT

06 Sentyabr 2023 | 10:52

Elgiz hər kəsi göz yaşına boğdu

Aparıcı Elgiz Əkbər danışdığı həyat hekayəsi ilə hər kəsi kövrəldib.

Bakıvaxtı.az xəbər verir ki, Pirallahıda kasıb bir ailənin qonağı olan aparıcı onların acınacaqlı vəziyyətindən söz açıb. Aparıcının rastlaşdığı mənzərə elə də ürəkaçan olmayıb.

"Cavan bir usta var. Ailədə 8 nəfərdi. Onlara getmişdim. Gördüm, anaları bir toyuq bişirib. Toyuğun da neçə hissəsi ola bilər ki? 2 qanadı, 2 ayağı var. Yemək hamısına çatmır. Balaca uşaq da ağlayır. Soruşdum ki, niyə ağlayır? Qardaşı dedi ki, anam hamımıza yemək qoyub, özünə çatmayanda qazanın dibinə su töküb. Qazanda da balaca bir kartof qalıb, ana üstünə su əlavə edib ki, balaları doysun. Uşaqlar da öz yeməyini anasına vermək istəyirdilər. Öpüb, qucaqlayırdılar ki, “mən yemirəm, sən ye”",-deyə aparıcı nəql edib.

Elgiz bildirib ki, belə hadisələr insana çox pis təsir edir: "Bütün bunlara baxmayaraq, onlar elə xoşbəxt idilər ki... Ancaq bəzən də görürsən ki, ana-ata nə zülümlə uşaq böyüdür. Uşaq da böyüyüb onlara düşmən kəsilir. Zülüm verir..."

Onun bu sözlərindən sonra studiyadakılar göz yaşlarına hakim ola bilməyiblər.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR