Sosial media fenomenləri Batuhan Boz və Oğulcan Yılmaz arasında dava düşüb.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, fenomenlər kafelərin birində rastlaşıblar.
Məlumata görə, dostu Barkın Şerefhanla kafeyə gedən Batuhan Boz Oğulcan Yılmaz və yanındakı şəxslər tərəfindən hücuma məruz qalıb.
Çox keçmədən onlar arasında gərginlik daha da artıb. Tərəflər polis bölməsinə aparılıb.
Verilən məlumata əsasən, Batuhan Boz polisə verdiyi ifadəsində 70 min lirə dəyərində cib telefonunun oğurlandığını iddia edib. O.Yılmaz isə B.Boza aid olduğu iddia edilən telefonu polisə təhvil verib.
Oğulcan Yılmaz və digər hücum edənlər haqqında "Qəsdən yaralama", "Təhdid və təhqir" ittihamları ilə məhkəmə əməliyyatı aparılıb. Tərəflər ifadələri alındıqdan sonra prokurorluğun göstərişi ilə sərbəst buraxılıblar.
Qeyd edək ki, sözügedən şəxslər "Kısmetse olur" televiziya proqramında tanınıblar.
Xəyalə Rza











jpeg-1696575997.webp)









