• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İncəsənət qurban tələb etmir- Xalq artisti

MƏDƏNİYYƏT

06 Oktyabr 2023 | 16:30

İncəsənət qurban tələb etmir- Xalq artisti

"Bir söz var incəsənət qurban tələb edir. Mən həmişə deyirəm, qurbanın qoyun olsun. İncəsənət qurban tələb eləmir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Vidadi Həsənov "Qapqara" verilişinə açıqlamasında deyib.

Aktyorun sözlərinə görə, kimsə bu sənəti öz ağılı, düşüncəsi ilə seçirsə, hamısını yaxşı bilir.

"Hər kəs bu peşəyə gələndə başına nə gələcək, hara gedəcək yaxşı bilir. Əgər bilmirsə, günah özünündür. Sual verirlər ki, İncəsənət Universitetinə bu qədər uşaq qəbul olur. Bəs niyə bir-iki nəfər qurtarır? Qanunauyğundur. Hər oxuyan Molla Pənah olmaz ki...",-deyə Xalq artisti bildirib.

V.Həsənov əlavə edib ki, hərdən aktyorların özünə qarşı elə rola girirlər ki, insan düşünür: "Axı bu mənim işimdir sən niyə oynayırsan?"

"Adam var ki, sabah verəcəyi salamı da məşq edir. Harasa gedəcəklərsə, hər situasiyanı oynayırlar. Həyatın özü bir oyundur. Şekspir deyib: Həyat bir səhnədir, ömür bir əsər. İnsan aktyordur, oynayar gedər. Biz hamımız aktyoruq. Yolda gedəndə piyada rolunu, avtobusda sərnişin rolunu və s oynayırıq.",-deyə Vidadi Həsənov əlavə edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026