• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məşhur fenomen sosial mediaya VİDA ETDİ

MƏDƏNİYYƏT

08 Avqust 2023 | 13:02

Məşhur fenomen sosial mediaya VİDA ETDİ

Lüks həyat tərzi ilə tez-tez gündəmə gələn türkiyəli iş qadını Dilan Polat izləyiciləri ilə vidalaşıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sözügedən görüntülərdə Dilan ağlayaraq yorulduğunu bildirib.

"Öz içimdə məşğul olduğum şeylər var. Bir müddət uzaqlarda olmaq mənim üçün yaxşı olacaq. Məni sevən bütün insanları sevirəm. Mənə bir az istirahət lazımdır. Burada nəyinsə yazıldığını görəndə əsəbləşirəm. Sizə böyük enerjilər göndərirəm”,-deyə D.Polat bildirib.

Verilən məlumata görə, hesab bağlandıqdan sonra fenomenin qızı yenidən hesaba daxil olub: "1 həftə keçmədiyi üçün hesaba yenidən daxil olunub. Bilib-bilmədən insanları ləkələməyin. Anam hesabını bağlamamalı, düşmənləri sevindirməməlidir".

Qeyd edək ki, son günlər Dilan Polat həyat yoldaşı Engin Polatla aralarında münaqişələrin yaşandığı iddia edilirdi.

Xəyalə Rza


Məşhur fenomen sosial mediaya VİDA ETDİ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR