• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Beynəlxalq festival üçün “Toy dəstgahı”

MƏDƏNİYYƏT

07 Sentyabr 2023 | 12:22 | Müəllif: Qalib İbrahimoğlu

Beynəlxalq festival üçün “Toy dəstgahı”

Yeni mövsümün hazırlıqlarına start verən “YUĞ” Dövlət Teatrı beynəlxalq festivala dəvət alıb.

Bu barədə Bakıvaxtı.az-a Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov bildirib.

Onun sözlərinə görə, kollektiv Qazaxıstan Respublikasının Taldı-Kurqan şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Türk Dövlətləri Təşkilatının himayəsi ilə keçiriləcək beynəlxalq teatr festivalı sentyabrın 29-dan oktyabrın 4-dək davam edəcək: “Sevinirik ki, belə bir nüfuzlu beynəlxalq təşkilatın xətti ilə keçiriləcək sənət bayramına “YUĞ” Dövlət Teatrı da dəvətlidir. Qazaxıstanın Taldı-Kurqan şəhərinə səfərimiz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq”. İ.Həsənov qeyd edib ki, yaradıcı kollektivimiz teatr festivalında görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” pyesi əsasında hazırladığı “Toy dəstgahı” tamaşası ilə iştirak edəcək. Səhnə əsərinə teatrıın rejissoru Günay Səttar quruluş verib.

İslam Həsənovun sözlərinə görə, Qazaxıstana səfər çərçivəsində Taldı-Kurqan Beynəlxalq Teatr Festivalında iştirak edən kollektivlərlə yaradıcılıq əlaqələrinin perspektivləri, müştərək layihələr barədə fikir mübadiləsi aparılacaq.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026