"Yalı çapkını" serialının baş rol ifaçıları ayrılıb.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, aktyor Mert Ramazan Demirlə aktrisa Afra Saraçoğlu sevgi münasibətlərinə son qoyublar.
Belə ki, cütlük bir müddət əvvəl birlikdə tətilə yollanmışdılar. Lakin bu, çox çəkməyib, onların ayrıldıqları iddia edilib.
Mert və Afra sözügedən iddialara cavabsız qalıblar.
Verilən məlumata görə, onların yenidən bir araya gəlib serialda necə iştirak edəcəkləri tamaşaçıların marağına səbəb olub.
Qeyd edək ki, Afra Saraçoğlu daha əvvəl Mert Yazcıoğlu ilə eşq yaşayıb. Mert Yazcıoğlu ilə Mert Ramazan Demir isə yaxın dost olublar.
Xəyalə Rza
















