• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub - YENİLƏNİB

İDMAN

02 Dekabr 2022 | 21:06

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub - YENİLƏNİB

Cənubi Koreya yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, H qrupunun sonuncu - III turunda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edən Asiya təmsilçisi digər matçda Uruqvayın Qanaya 2 cavabsız qolla qalib gəlməsinə baxmayaraq mərhələ adlayıb.

Son turun oyunlarında sonra Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 vəsiqə əldə ediblər.

***20:50

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda hesab dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, 90+1-ci dəqiqədə Asiya təmsilçisindən Xvan Xi Çxan 90+1-ci dəqiqədə 2-ci topu avropalıların qapısından keçirib - 2:1.

***20:06

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda 2-ci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab bərabərdir - 1:1.

***19:48

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

***19:29

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda 2-ci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, 27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib.

***19:07

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda erkən qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa təmsilçisi 5-ci dəqiqədə Rikardo Ortanın qolu ilə hesabı açıb.

***19:01

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

***18:20

Qətərdə keçirilən dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Cənubi Koreya və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Portuqaliya: 22. Dioqu Koşta, 3. Pepe, 24. Antonio Silva, 20. Joau Kanselu, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neveş, 17. Joao Mariu, 23. Mateuş Nunyeş, 21. Rikardo Horta, 7. Kriştianu Ronaldu

Qeyd edək ki, görüş saat 23:00-da start götürəcək.


SON XƏBƏRLƏR