• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Mbappe “İlin ən sevimli fransızı” ola bilmədi

İDMAN

01 Yanvar 2023 | 09:34 | Müəllif: Subhan Mahmudov

Mbappe “İlin ən sevimli fransızı” ola bilmədi

PSJ-nin hücumçusu Kilian Mbappe son bir ildə fransızlar arasında ən çox sevilən şəxslər siyahısında dördüncü yeri tutub.

Bakıvaxtı.az xəbər verir ki, “Journal du Dimanche” tərəfindən hər il keçirilən ənənəvi sorğuda forvard müğənni Jan-Jak Qoldman, astronavt Tomas Peskye və aktyor Ömər Siyə uduzub.

İlk 50-liyə fransalı Olivye Jiru (9-cu), Antuan Qrizmann (11-ci) və Uqo Lyoris (18-ci) də daxil olub.

Üçrənglilərin baş məşqçisi Didye Deşam sorğuda 23-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatının finalında Argentina ilə oyunda het-trik etmişdi.

Ümumilikdə 23 yaşlı fransalı yeddi matçda səkkiz qol (ikisi penaltidən) və iki məhsuldar ötürmə edib. O, turnirin bombardiri olub.

Qeyd edək ki, Mbappedən başqa dünyada heç bir futbolçu mundialın finalında 4 qol (biri penalti seriyasında) vurmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026