• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

İranlı qadın idmançı Almaniyadan sığınacaq istədi

İDMAN

29 Yanvar 2023 | 16:49

İranlı qadın idmançı Almaniyadan sığınacaq istədi

İranlı qadın xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Əhmədi özü yanvarın 28-də verdiyi açıqlamasında deyib.

22 yaşlı idmançı bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.

O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkilik və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, Atifə Əhmədi 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın idmançı olub.


SON XƏBƏRLƏR

22 Aprel 2024