• Bakı 17° C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Rusiyalı qapıçının “Qarabağ”a keçidi baş tutmayıb

İDMAN

30 Yanvar 2023 | 22:33

Rusiyalı qapıçının “Qarabağ”a keçidi baş tutmayıb

Almaniyanın “Bayer” komandasında çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun “Qarabağ”a keçidi baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel “Championat” nəşrinə açıqlama verib. Türkiyəli funksioner Leverkuzen təmsilçisi ilə razılığa gələ bilmədiklərini və danışıqların başa çatdığını bildirib.

“Köhlən atlar” əsas qolkiperi Şahruddin Məhəmmədəliyev əlindən ciddi zədə aldığı üçün qapı xəttinə yeni oyunçu axtarır.

Qeyd edək ki, Moskva “Torpedo”sunun yetirməsi olan Andre Lunyov ölkəsində “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit”in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025