• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukrayna millisi ona TAPŞIRILDI

İDMAN

01 Mart 2023 | 00:39 | Müəllif: Subhan Mahmudov

Ukrayna millisi ona TAPŞIRILDI

Ukraynanın gənclər yığmasına rəhbərlik edən Ruslan Rotan əsas milliyə müvəqqəti baş məşqçi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

Assosiasiya Sergey Rebrovla müqavilə imzalanana qədər komandanı 42 yaşlı mütəxəssisə həvalə edib. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubuna başçılıq edən Rebrov oradan ayrıldıqdan sonra millinin sükanı arxasına keçəcək. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulacaq.

Xatırladaq ki, Ukrayna millisinin əvvəlki baş məşqçisi Aleksander Petrakov 2023-cü ilin yanvarında istefa verib./fanat


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026