• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Kvaratsxeliya "Napoli" ilə yeni müqavilə imzalayacaq

İDMAN

29 Mart 2023 | 16:09

Kvaratsxeliya Napoli ilə yeni müqavilə imzalayacaq

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliya "Napoli"si ilə yeni müqavilə imzalayacaq.

Bakıvaxtı.az  "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi sözləşməsinin müddətini 2028-ci ilin yayınadək uzadacaq.

Yeni anlaşmaya əsasən, gənc vingerin illik məvacibi 2,5 milyon avro təşkil edəcək. Bonuslarla birlikdə bu məbləğ 4 milyon avroya çatacaq.

Hazırda müqavilənin son detalları müzakirə olunur. Sözləşməyə futbolçunun sərbəstqalma məbləği salınmayacaq. Bununla belə, Neapol təmsilçisinin Kvaratsxeliyanı 2024-cü ildən tez olmayaraq, 100 milyon avrodan aşağı qiymətə satmayacağı bildirilib.

Qeyd edək ki, gürcüstanlı yarımmüdafiəçi 2022-ci ilin yayından "Napoli"də çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR

24 Aprel 2024