• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Millimizin sabiq futbolçusu karyerasını bərpa etdi

İDMAN

27 Aprel 2023 | 13:27

Millimizin sabiq futbolçusu karyerasını bərpa etdi

Son olaraq “Zirə”də çıxış edən və 2021-ci ilin yanvarında karyerasını başa vuran Rəşad Eyyubov futbola qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Region Liqasında oynayacaq. 30 yaşlı Eyyubov “Füzuli”yə keçib.

Peşəkar futbola Ukraynada başlayan futbolçu vaxtilə bu ölkənin U-17 millisində çıxış edib. Daha sonra Azərbaycana üz tutan yarımmüdafiəçi “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”,” “Neftçi” və “Zirə”nin formalarını geyinib. O, Azərbaycanın əsas millisində 7 oyun keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR