• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Premyer Liqa: Elitanı hansı komanda tərk edəcək?

İDMAN

27 May 2023 | 09:14

Premyer Liqa: Elitanı hansı komanda tərk edəcək?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

“Sumqayıt” “Zirə”ni, “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Bu görüşlər UEFA Konfrans Liqasına vəsiqə üçün önəmlidir. “Qəbələ” məğlub olmasa, avrokuboklarda iştirakını rəsmiləşdirəcək.

Çempionatın autsayderləri olan “Səbail” və “Şamaxı” “ASCO Arena”da münasibətlərə aydınlıq gətirəcəklər. “Dənizçilər”ə elitada qalmaq üçün heç-heçə də kifayət edəcək. Bölgə klubu isə I Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır.

Azərbaycan Premyer Liqası

XXXVI tur

27 may

17:30. “Sumqayıt” - “Zirə”

17:30. “Qəbələ” - “Kəpəz”

20:00. “Səbail” - “Şamaxı”

28 may

“Neftçi” - “Sabah”

“Qarabağ” - “Turan Tovuz”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026