• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Marselo Brozoviç Səudiyyə Ərəbistanına köçəcək

İDMAN

25 Iyun 2023 | 17:23

Marselo Brozoviç Səudiyyə Ərəbistanına köçəcək

“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, italyan jurnalist Canluka Di Marsionun yaydığı məlumata görə, xorvatiyalı futbolçu “Ən-Nəsr”lə anlaşıb.

Ərəblər 30 yaşlı futbolçu üçün Milan klubuna 23 milyon avro ödəyəcəklər. Brozoviç “Ən-Nəsr”lə üç illik müqavilə imzalayacaq və ilinə 20 milyon avro məvacib alacaq.

Xatırladaq ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu da sözügedən komandada çıxış edir.

Qeyd edək ki, Brozoviçin adı “Barselona” ilə hallanırdı. Daha əvvəl Kataloniya təmsilçisinin istədiyi Ruben Neveş (“Vulverhempton”) digər Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”a keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026