• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

“Qarabağ” “Rakuv”la oyun üçün Polşaya getdi

İDMAN

25 Iyul 2023 | 11:36

“Qarabağ” “Rakuv”la oyun üçün Polşaya getdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR