• Bakı 15° C

    9.6 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Messinin komandası finala yüksəlib

İDMAN

24 Avqust 2023 | 10:40 | Müəllif: Subhan Mahmudov

Messinin komandası finala yüksəlib

Lionel Messinin komandası “İnter Mayami” ABŞ Kubokunda finala yüksəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Florida ştatının təmsilçisi yarımfinalda “Sinsinnati”ni məğlub edib.

Sinsinnatidə keçirilən görüş 3:3 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “İnter Mayami” rəqibini 5:4 hesabı ilə üstələyərək, finala vəsiqə qazanıb.

Qarşılaşmada iki məhsuldar ötürmə verən Messi penaltilər seriyasında da zərbəni dəqiq yerinə yetirib. Argentinalı futbolçu ABŞ klubunun heyətində ilk dəfə bir görüşün əsas vaxtında qol vura bilməyib.

“İnter Mayami”nin finaldakı rəqibi “Hyuston Dinamo” olacaq. Həlledici qarşılaşma avqustun 27-də Hyustonda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026