• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Ronaldodan yeni REKORD

İDMAN

22 Sentyabr 2023 | 11:50

Ronaldodan yeni REKORD

Kriştianu Ronaldu 1000 məğlubiyyətsiz oyunla dünya futbol tarixinə düşüb.

Bakıvaxtı.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı bunu reallaşdıran ilk futbolçu olub.

38 yaşlı hücumçu milli və klubların heyətində 776 görüşdə qələbə sevinci yaşayıb, 224 dəfə isə heç-heçəyə şahidlik edib. O, son olaraq üç gün əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində Asiya Çempionlar Liqasının qrup mərhələsində İran təmsilçisi “Persepolis” üzərində qələbə qazandıqları (2:0) matçda meydanda olub.

Ronaldu karyerası ərzində 1182 rəsmi qarşılaşmada iştirak edib, 182 dəfə komandasının məğlubiyyətinə üzülüb.

Komandası

Oynadığı illər

Qələbə

Heç-heçə

Məğlubiyyətsiz oyun

Cəmi oyun

“Sportinq”

2002-2003

13

8

21

31

“Real”

2009-2018

316

70

386

438

“Yuventus”

2018-2021

91

23

114

134

“Mançester Yunayted”

2003-2022

214

70

284

346

“Əl-Nəsr”

2023-

21

6

27

32

Portuqaliya

2003-

121

47

168

201

Cəmi

 

776

224

1000

1182


SON XƏBƏRLƏR

21 Oktyabr 2024