• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Böyük Dəbilqə: 10 cüdoçumuz bu gün mübarizəyə başlayacaq

İDMAN

23 Sentyabr 2023 | 09:09

Böyük Dəbilqə: 10 cüdoçumuz bu gün mübarizəyə başlayacaq

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində mübarizəyə start veriləcək.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycan millisinin 10 üzvü ümumilikdə üç çəkidə çıxış edəcək.

Kişilər

73 kq
Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan)
Telman Vəliyev - Faye Njie (Qambiya)
Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau)
Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa)

81 kq
Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi
Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi
Zelim Tçkayev - Aleks Barto (Slovakiya)
Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan)

Qadınlar

70 kq
Günel Həsənli - Eliza Vroblevska (Polşa)
Südabə Ağayeva - Darya Kramoykina (İJF)

Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026