• Bakı 23° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu oldu

İDMAN

22 Sentyabr 2023 | 21:18

Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.

Bakıvaxtı.az xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.

31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026